Koronavirusdan sağalan insanlarda fəsadlar qala bilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalan insanlarda fəsadlar qala bilər - Video

Sağlamlıq

17 Aprel 2020 23:52 1141


Azərbaycanda koronavirus pandemiyasına yoluxan 1340 nəfərdən 528-i sağalıb. Ancaq müalicə edilərək sağaldıqdan sonra orqanizmdə bəzi fəsadlar qala bilər.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in yolxucu xəstəliklər ürzə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, koronavirusun kliniki gedişatı hər insanda fərqlidir. Yaş faktoru, digər xəstəliklərin olması, gec müdaxilə edilməsi kimi faktorlar da virusun digər orqanlara vurduğu ziyanın miqyasını müəyyənləşdirir. pizza hut

Yəni xəstəliyi yüngül keçirənlərdə xırda fəsadlar müşahidə edilir, amma orta və ağır keçirən şəxslərdə isə multiorqan çatışmazlığı qaçılmaz ola bilər.

Vasif Əliyev deyib ki, xəstəliyi yüngül keçirənlərdə immun sisteminin güclü olması ilə yanaşı erkən müdaxilə də önəmli rol oynayır. Virusdan sağalaraq evə buraxılan insanların digər şəxsləri yoluxdurmaq təhlükəsi isə tamamilə aradan qalxır. Ancaq həmin insanlar növbəti mərhələdə özlərini başqa infeksiyalardan, xəstəliklərdən qorumalı, sağlam qidalanaraq immunitetlərini gücləndirməlidirlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!