Koronavirusun tapıldığı gürcü Azərbaycanda kiminlə ünsiyyətdə olub?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun tapıldığı gürcü Azərbaycanda kiminlə ünsiyyətdə olub?

Rəsmi

27 Fevral 2020 07:20 1022


"Koronavirusun aşkarlandığı 50 yaşlı Gürcüstan vətəndaşı Azərbaycandan gəldiyi marşrut taksisindəki şəxslərlə ünsiyyətdə olub". "Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. O deyib ki, həmin şəxs Gürcüstan ərazisinə keçəndən sonra yalnız tibbi heyətlə kontaktda olub. A.Qamkrelidze virusun təsdiq olunduğu xəstəni müşayiət edən şəxsin də xəstəxanaya yerləşdirildiyini bildirib: "Həmin şəxsdə koronavirus təsdiqlənməsə də, o, həkimlərin nəzarəti altındadır". Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxslərin olduğu marşrut taksisi Gürcüstan ərazisinə daxil olmayıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!