Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanıldı - Rusiyada

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanıldı - Rusiyada

Dünya

06 Sentyabr 2019 07:25 1154


Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Korrupsiya ilə Mübarizə Fondunun (KBF) Moskva qərargahında aparılan axtarış zamanı 8 nəfəri saxlayıblar.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, bu barədə həbs olunanlara hüquqi yardım göstərən vəkil Tatyana Molokanova məlumat verib.

"Məndə olan məlumata görə, səkkiz məhbus Moskvanın Meşanski rayonundakı polis şöbəsinə aparılıb. İndi saxlanılmanın səbəbini araşdırmaq üçün oraya gedirəm", - deyə vəkil bildirib. Marqarita pizza

Öz növbəsində KBF ilə əməkdaşlıq edən vəkil Vladimir Voronin fondun paytaxtdakı qərargahında aparılan istintaq hərəkətlərinin hələ başa çatmadığını qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!