Böyük Britaniya kraliçası II Elizabetin onu tanımayan jurnalistlərə etdiyi zarafat sosial mediada böyük səs-küyə səbəb olub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hadisəni kraliçanın 30 illik mühafizəçisi Riçard Qriffin “The Times” qazetinə nəql edib:
“Bir gün Şotlandiyadakı Balmoral qalasında gəzən amerikalı turistlər adi geyimli, baş örtülü və yanında mühafizəçiləri ilə gəzən qadına rast gəlirlər və onlar arasında söhbət başlayır. Jurnalistlərdən biri “Siz kraliçanı tanıyırsınızmı?, - sualını verir. Kraliça isə bu sualı “Xeyr tanımıram, amma yanımdakı polis tanıyır”, deyə cavablandırır. Zarafatı başa düşməyən jurnalistlər kraliça ilə söhbətləşdiklərini başa düşmədən yollarına davam edirlər”. Dominos pizza
Sabrina
Telegram kanalımız