Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasının təxirə salınması barədə ötən həftə parlamentdə qəbul edilmiş qanun layihəsi Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minib.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, qanun ölkə iqtisadiyyatına uzunmüddətli fəsadlar gətirəcək sazişsiz “Brexit”ə yol verməmək məqsədi daşıyır.
Oktyabrın 19-dək Aİ ilə gələcək əməkdaşlığa dair razılığa gəlinməsə, qanun hökumətin üzərinə qarşı tərəfdən “Brexit”i 3 ay müddətinə, yəni 2020-ci ilin 31 yanvar tarixinədək təxirə salmaq barədə xahiş etmək öhdəliyi qoyur. pizza
Xatırladaq ki, ölkənin baş naziri Boris Conson Aİ ilə “Brexit”i təxirə salmaq üçün danışıqlar aparmayacaqlarını, Aİ-dən əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabrın 31-dən gec olmayaraq çıxacaqlarını bildirib.
Telegram kanalımız