Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR

Sosial

10 Aprel 2025 17:07 28501


Banka borcu olan şəxs təqaüdçüdür. Onun aldığı pensiya və banka olan borcunun miqdarı isə eynidir. Pensiyasını bank borcuna verən şəxsin dolanmaq üçün pulu qalmır. Son günlər redaksiyamıza bu cür müraciətlərin sayı artır. Vətəndaşlar bildirirlər ki, aldıqları pensiyanı tam olaraq bank borclarına verdikləri üçün dolanmaqda çətinlik çəkirlər. Bəs görəsən, bu halda həmin şəxslər hansı addımı atmalıdırlar? Banka olan borcdan yaşayış minimumunun çıxılması mümkündürmü?

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, hər bir şəxsin gəlirinin yarısı bütün borclarına görə tutula bilər.

“O cümlədən, təqaüdçünün də pensiyasının yarısı tutula bilər. Belə bir müddəa var ki, yaşayış minimumu şəxsi təmin etməlidir. Bununla bağlı dövlət orqanlarına da müraciət etmişdim. Yaşayış minimumu hər bir halda saxlanmalıdır. Qanun deyir ki, 50 faizədək pul tutulmalıdır. Yəni, az məbləğdə də pul tutula bilər.“ pizza mizza

İqtisadçı qeyd edir ki, yaşayış minumumu mütləq saxlanılmalıdır.

“Amma təəssüf ki, dövlət orqanları vətəndaşın bu hüququnu təmin etmir. Bu, praktikada belədir. Mən bu addımı Konstitusiyaya zidd hesab edirəm. Çünki Konstitusiyaya görə, insan haqlarının müdafiəsi dövlətin ali məqsədidir. Yəni yaşayış minumumu da insanın haqqıdır. Təəssüf ki, dövlət orqanlarının və məhkəmələrin təcrübəsi fərqlidir.“


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həbibə
    Mənim 71 yaşım var 3000 manat kredit götürə bilərəmmi 515 msnat pensiyamdır aya 250 manat ödəyərəm
    1 year ago
  • Samir
    Salam men ozum birinci qrup əliləm.xahis edirəm menim kredit borclarim silinseydi yaxsi olardi.
    1 year ago