Kreml: Ərdoğanın təklifləri qəbuledilməzdir

saytların hazırlanması

Evə çatdırılma

Kreml: Ərdoğanın təklifləri qəbuledilməzdir

Dünya

18 Noyabr 2024 14:09 800


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitində səsləndirəcəyi bildirilən Ukraynada hərbi əməliyyatların dondurulması təklifi Moskva üçün apriori qəbuledilməzdir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Belə olan halda, prezident Putinin formalaşdırdığı iyun şərtləri öz aktuallığını tamamilə saxlayır”, – deyə Kremlin sözçüsü vurğulayıb. pizza hut

Rusiya və Türkiyə liderlərinin son təmasları zamanı Ərdoğanın Ukraynadakı hərbi əməliyyatları dondurmaq planını müzakirə edib-etmədiklərini soruşduqda o, belə cavab verib:

“Xeyr, bu, müzakirə olunmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!