Kremldən Dağlıq Qarabağa dair yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Dağlıq Qarabağa dair yeni açıqlama

Siyasət

26 Oktyabr 2020 14:30 3314


“Kremldə Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər və hesab edirlər ki, bu münaqişənin sülh yolundan başqa həlli ola bilməz”.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda biz münaqişə tərəflərinin təmas zonasındakı vəziyyəti diqqətlə izləməyə davam edirik. Əvvəlki kimi, hesab edirik ki, bu problemin sülh yolundan başqa həll yolu ola bilməz”, - deyə Kremlin sözçüsü vurğulayıb. pizza hut

Dmitri Peskov ABŞ-ın Dağlıq Qarabağ münaqişə zonasında atəşkəslə bağlı bəyanatına da münasibət bildirib: “Qarabağ böhranının nizamlanması prosesi çox kəskin mərhələdədir. Bu münaqişə hansısa qarşıdurma və rəqabət üçün yer olmamalıdır. Əlbəttə ki, Rusiya həmsədr ölkə kimi müharibəni dayandırmağa kömək edəcək bütün addımları alqışlamağa hazırdır”. (APA)  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!