Krım türklərinin lideri vitse-spiker ola biləcəkmi? –   Sabah Ali Rada toplanır

saytların hazırlanması

Evə çatdırılma

Krım türklərinin lideri vitse-spiker ola biləcəkmi? – Sabah Ali Rada toplanır

Dünya

28 Avqust 2019 12:50 1039


Avqustun 29-da Ukrayna Ali Radasının yeni tərkibdə açılış sessiyası keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, yerli vaxtla səhər saat 10:00-da başlayacaq. Rada üzvlərinin andiçmə mərasimindən sonra deputat fraksiyaları və qruplarının yaradılması və qeydə alınması prosesi həyata keçiriləcək. 

Ali Rada spikerinin hesabatından sonra parlamentə yeni spiker və birinci vitse-spiker seçiləcək. Parlamentdə hakim “Xalqın xidmətçisi” partiyasından bu vəzifələrə Dmitriy Razumkov və Ruslan Stefançukun namizədliyinin irəli sürüləcəyi qeyd olunur. Vitse-spiker vəzifəsinə müxalifət fraksiyasından namizədlik irəli sürüləcək. Toyuqlu pizza

Artıq keçmiş prezident Petro Poroşenkonun sədri olduğu müxalif Avropa Həmrəyliyi Partiyası vitse-spiker postuna namizədinin adını açıqlayıb. Bu, Krım türklərinin lideri Musatafa Cəmiloğludur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Mustafa Cəmiloğlunun vitse-spiker seçilməsi şansı yüksəkdir: “Mustafa bəy son prezident seçkisində indiki prezident Vladimir Zelenskiyə müxalif mövqedə olub, onun rəqibi Petro Poroşenkonu dəstəkləyib. Buna baxmayaraq, Mustafa bəyin yeni parlamentin vitse-spikeri seçilməsi şansı az deyil. 

Doğrudur, onun namizədliyini Zelenskiyə və onun partiyasına rəqib olan eks-prezident Petro Poroşenko irəli sürüb. Ancaq Zelenksinin özünün də Rusiya ilə mübarizədə Krım türklərinin dəstəyinə ehtiyacı var. Ona görə də Zelenski məsələyə soyuqqanlı yanaşsa Mustafa bəyin vitse-spiker seçilməsinə mane olmamalıdır.

Petro Poroşenko incə gediş edib. O vitse-spikerliyə istənilən namizədi versəydi həmin şəxsin seçilməsi şansı yüksəl olmayacaqdı. Çünki, Poroşenkonun partiyasının yeni parlamentdə tərəfdarı azdır. Buna baxmayaraq, o biri partiyaların Mustafa bəyin əleyhinə səs verməsi problematikdir. Mustafa bəyin əleyhinə səs versələr belə çıxacaq ki, o biri partiyalar Krım türklərinin mübarizəsini dəstəkləmirlər. 

Bu isə Zelenskinin və onun partiyasının reytinqinə mənfi təsir edəcək. Başqa bir variant ondan ibarətdir ki, Vladimir Zelenski Krım türkəri arasında öz namizədini tapıb onu irəli çəkə bilər. 

Ancaq hələ ki, Krım türkləri arasında Mustafa Cəmiloğlu və onun yardımçısı Rifat Çibarov qədər populyar olanı yoxdur”.

Elxan Şahinoğlu bildirib ki, Mustafa Cəmiloğlunun vitse-spiker olması Zelenskinin də maraqlarına cavab verir: “Birincisi, Krımın geri qaytarılması uğrunda mübarizə ümümukrayna mübarizəsidir və Mustafa bəy bu mübarizədə Ukraynanın əsas simvoludur. 

İkincisi, Mustafa bəy yeni hakimiyyətin Krımın siyasətində Zelenskiyə lazımi dəstək verə bilər. Digər tərəfdən Mustafa bəy Vladimir Zelenski ilə qonşusu Türkiyə ilə münasibətlərdə vacib körpü rolunu oynaya bilər. 

Təsadüfi deyil ki, Ukraynanın bütün prezidentləri Türkiyəyə səfər edərkən hər zaman nümayəndə heyətlərinə Mustafa bəyi salıblar. Zelenski də bu ənənəni pozmadı və Ankaraya ilk rəsmi səfəri zamanı Mustafa bəyi də nümayəndə heyətinə daxil etdi. Türkiyədə və türk dünyasında Mustafa bəyə böyük hörmət var. 

Zelenski Mustafa bəylə birgə hərəkət etməklə həm Türkiyənin, həm də türk dünyasının simpatiyasını qazana bilər. Rəsmi Bakı Rusiya ilə münasibələrə diqqət yetirir və Krımın ilhaqına görə Kremlə iradı yoxdur. Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq konfransların birində Mustafa bəyin əlini sıxmağı və onunla qısa fikir mübadiləsinə ehtiyac duymuşdu. Çünki, Azərbaycan prezidenti də Mustafa bəyin türk dünyasında, o cümlədən Azərbaycandakı nüfuzundan xəbərdardır”.

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!