Banqladeşin paytaxtı Dakadan təxminən 109 kilometr şərqdə, Brahmanbaria bölgəsində kruiz gəmisi qayıqla toqquşub.
Yenisabah.az xəbər verir ki, yerli səlahiyyətlilər göyərtədə 100 -dən çox insanın olduğunu və gəmidə qumdaşındığını, hadisədə 9 qadın və 2 uşaq olmaqla ümumilikdə 21 nəfərin həyatını itirdiyini bildirib.
İnsan tələfatının artmasından narahat olduqlarını dilə gətirən səlahiyyətlilər 50 -dən çox adamın itkin düşdüyünü qeyd edib. Xilasetmə briqadasının sözçüsü Taufiqul İslam dalğıcların bölgədə insanları axtarmağa davam etdiyini söyləyib. Pepperoni pizza
Digər tərəfdən, aprel və may aylarında Banqladeşdə 2 fərqli gəmi qəzasında 64 nəfər həyatını itirib.
Telegram kanalımız