Xaçmaz şəhərinin Nərimanov küçəsində yerləşən yaşayış binalarından bir neçəsinin damı uçub.
Bu barədə Yenisabah.az-a yerli jurnalist Cəmil Məmmədli bildirib. Onun sözlərinə görə, hadisəyə güclü külək səbəb olub.
"Doğrudur, güclü külək əsir. Amma məsələ burasındadır ki, bu hadisə birinci dəfə deyil baş verir. Bundan əvvəl də Nərimanov küçəsindəki binaların damları uçmuşdu. Sakinlərin sözlərinə görə, həmin binaların damları 3 dəfə təmir vurulub. Hər dəfə gəlib "təmir" adı ilə gözə "kül üfürüb" gediblər", -deyə Cəmil Məmmədli bildirib.
Jurnalistin hadisə yerindən çəkdiyi görüntüləri təqdim edirik.
https://youtu.be/RPkppw9qdDE Telegram kanalımız