Külək meşə yanğınlarını Yunanıstana qovdu

saytların hazırlanması

Evə çatdırılma

Külək meşə yanğınlarını Yunanıstana qovdu

Dünya

04 Avqust 2021 10:21 1182


Yunanıstanın paytaxtı Afinanın şimalındakı Varibobi bölgəsində meşədəki yanğın yaşayış məntəqələrinə keçməyə başlayıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hazırdaYunanıstan Xilasetmə Xidmətinin səlahiyyətliləri 3 fərqli nöqtədə yanğının söndürülməsi üçün çalışırlar. 

Yanğınların qarşısının alınmasına 350 nəfərdən ibarət şəxsi heyət, 70 yanğınsöndürən maşın, 5 helikopter və 5 təyyarə cəlb edilib. Dominos pizza

Buna baxmayaraq, küləyin təsiri ilə alovun qarşısını almaq mümükün olmur. Artıq ərazidən 300 mülki şəxs təxliyə edilib.

Yunanıstanda son bir həftədə son dərəcə isti hava hökm sürür. Ölkənin bir çox yerində temperatur kölgədə 44-47 dərəcəyə çatır və meteoroloqların fikrincə, bu dövr qeyri -adi uzun müddət - təxminən 12 gün davam edəcək. Adətən, yaz aylarında Yunanıstanda 40 dərəcəyə qədər istiləşmə 3-5 gün davam edir.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!