Küləkli hava şəraiti ilə bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sosial

30 Mart 2025 16:09 301


Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!