Küləkli hava şəraiti ilə bağlı əhaliyə   XƏBƏRDARLIQ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Küləkli hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

Sosial

26 Aprel 2025 19:01 4683


Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. pizza mizza

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!