“Küləyin çətinliyini öz lehimə çevirdim” - “Bakı Marafonu 2023”ün qalibi

saytların hazırlanması

Evə çatdırılma

“Küləyin çətinliyini öz lehimə çevirdim” - “Bakı Marafonu 2023”ün qalibi

İdman

07 May 2023 13:48 1036


“Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Marafonu 2023”ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib.

Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir: pizza mizza

“Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz “Küləyə qalib gəl”dir”.

Qalib bildirib ki, yekunda küləyin təsirini öz xeyrinə çevirib:

“Təxminən 11 kilometr hamı eyni səviyyədə qaçırdı, amma sonradan mən küləyin çətinliyini öz lehimə çevirdim və yekunda qalib gəldim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!