“Chelsea” "Napoli"nin müdafiəçisi Kalidu Kulibaliyə illik 10 milyon avro maaş təklif etməyə hazırdır.
Yenisabah.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi gələn mövsümün sonunda azad agent kimi Neapol təmsilçisindən ayrıla bilər.
Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. “Napoli” Kulibali ilə müqaviləni uzatmağı təklif etsə də, onun maaşı azaldılıb. Bu versiya afrikalı futbolçunu qane etməyib. Marqarita pizza
Xatırladaq ki, 2021/22 mövsümündə o, İtaliya “Serie A”sında 34 oyun keçirərək 3 qol və 3 assistin müəllifi olub.
Telegram kanalımız