Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü - Fotolar

Hadisə

11 Oktyabr 2021 22:44 754


Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 27 yaşlı Xıdırov Elçin Bayram oğlu “Vito Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən yolu keçən Ağsu rayon Kəndoba kənd sakini, 53 yaşlı İbadov Səfa Balakişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!