Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabul və Kürdəmir rayonlarının sərhədində qeydə alınıb.
Kürdəmir rayonunun Sığırlı kəndinə yaxın ərazidə “MAN” markalı yük maşını “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “MAN”ın sürücüsü hadisə yerində ölüb. Sürücünün meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirlib. Hələlik sürücünün şəxsiyyəti müəyyən edilməyib. Marqarita pizza
Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /APA
Telegram kanalımız