Kürdəmirdə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Hadisə

14 İyul 2021 19:46 947


Kürdəmir rayonunda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!