Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs

Kriminal

09 Mart 2022 12:23 449


Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib. Bu zaman sürücü H.Süleymanovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Toyuqlu pizza

Kürdəmir rayon məhkəməsinin qərarı ilə H.Süleymanov 5 sutka inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!