“Kurtlar Vadisi” geri qayıdır - Bu kanalda yayımlanacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Kurtlar Vadisi” geri qayıdır - Bu kanalda yayımlanacaq 

Mədəniyyət

14 Fevral 2024 12:55 3599


Kurtlar Vadisi yeni bölümləri ilə tamaşaçıların görüşünə hazırlaşır. 

Bakupost.az türk mediasına istinadla xəbər verir ki, televiziya tarixində iz qoymuş və illərdir adı hallanan “Kurtlar Vadisi” yeni adla rəqəmsal platformada yayımlanacaq. Yeni adı 'Kurtlar Vadisi Kaos' olaraq açıqlanan serialın Acun Ilıcalının sahibi olduğu Exxen kanalında yayımlanacağı iddia edilib. 

Serialın baş rol ifaçılarından olan Necati Şaşmaz yeni serialda "Polat Alemdar" obrazı ilə çəkiləcək. Yayım tarixi hələ müəyyən edilməmiş “Kurtlar Vadisi Kaos”un aktyor heyətində Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi adların olacağı bildirilir.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!