Laçında ayı sakinə hücum edib.
“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Orxan Cəbrayıl bildirib.
O, qeyd edib ki, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib. Dördpendirli pizza
Nəticədə N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Telegram kanalımız