Laporta: “Avropa Superliqası 2025-ci ildə başlayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Laporta: “Avropa Superliqası 2025-ci ildə başlayacaq“

İdman

11 Yanvar 2023 11:39 707


"Barselona"nın prezidenti Joan Laporta Avropa Superliqası layihəsi barədə danışıb.

Yenisabah.az xəbər verir ki, o, bu turnirin 2025-ci ildə start götürəcəyini düşündüyünü deyib: 

"Avropa Superliqası layihəsinin reallaşacağını düşünürəm. Əgər məhkəməyə edilən etirazlar uğurlu olarsa, turnir 2025-ci ildə başlayacaq. İlk mərhələdə İngiltərə Premyer Liqası ilə rəqabət apara biləcək Avropa yarışına sahib olacağıq. Sezar pizza

İngiltərə komandalarının ilk mərhələdə olacağını düşünmürəm. Onların da layihəyə daxil olmasını istəyirk. "Liverpul", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" ilə təmasdayıq. Ancaq onların çoxu satışa çıxarılıb və indi bununla məşğuldurlar".

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər. Ötən ilin oktyabr ayında isə Bernd Reyxart Avropa Superliqasının baş direktoru təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!