Latviyada 3 aylıq karantin: Yoluxanları sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Latviyada 3 aylıq karantin: Yoluxanları sayı artdı

Dünya

12 Oktyabr 2021 11:30 626


Latviya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

Yenisabah.az xəbər verir ki, bu qərar yoluxma sayını nəzarətdə saxlamaq üçün verilib.

Latviyanın Baş naziri Krisyans Karins “Twitter” səhifəsində yazıb: Dominos pizza

“Bir araya gəlməməyə, bir-birinizi ziyarət etməməyə və əlaqələrinizi azaltmağa çağırıram”.

Artıq maskalar ölkənin bütün ictimai yerlərində məcburi olacaq. Noyabrın 15 -dək bütün ictimai sektor işçiləri peyvənd olunacaq. Peyvənd olunmayanlar hətta supermarketlərə də gedə bilməyəcəklər.

Yalnız bazarlar və apteklər həftəsonları açıq olacaq. Bütün əyləncə məkanları bağlanacaq. Hər kəs, xüsusən də dövlət sektoru işçiləri evdən işləməyə təşviq ediləcək.

Qeyd edək ki, 1 milyon 900 milyon əhalisi olan Latviya 48 faizlə Avropa İttifaqında ən aşağı vaksinasiya ölkələri sırasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!