Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, diplomatlar ikitərəfli işləri və regional problemləri müzakirə etmənin vacibliyini qeyd ediblər.
Lavrov bildirib: "MDB Xarici İşlər Nazirləri Şurasının "kənarında" ikitərəfli işlərimiz, regional mövzularda ünsiyyət qurmaq imkanlarının olması yaxşıdır. Prezidentlərimiz bu yaxınlarda telefonla danışıblar, həll edilməli olan məsələlər var". Pepperoni pizza
Daha sonra Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
"Bu yaxınlarda sizinlə Moskvada ətraflı danışdıq, amma bu gün ikitərəfli xarakterli bəzi əlavə məsələləri və əlbəttə, bölgəni nəzərdən keçirə bilərik. Qarabağ hər zaman diqqətimizdə olmalıdır", - deyə rusiyalı nazir görüşün əvvəlində qeyd edib.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha sonra Minskdə üçtərəfli görüş keçirəcəyi gözlənilir.
Telegram kanalımız