Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında iki mühüm məqama toxunub.
“Yeni Sabah” xəbər verir ki, Rusiya XİN rəhbəri bildirib ki, Rusiya erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri ideyasının həmmüəlliflərindən biridir. Eyni zamanda qeyd edib ki, münaqişənin həllində Rusiyanın həlledici rolu ola bilər.
Eyni zamanda o, jurnalsitin sualına cavab olaraq deyib ki, qarşılıqlı səfərlər çox vacibdir: “İstənilən razılaşma bu torpaqlarda – Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayan xalqlar tərəfindən qəbul olunmalıdır. İnsanlar nə qədər sıx əlaqələr qursalar, jurnalistlər də bu iki ölkədə baş verən hadisələri daha obyektiv işıqlandırar”. Dördpendirli pizza
Sergey Lavrov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların yenidən başlanmasını tərəfdarı olduğunu bildiridi: “Nəticə etibarı ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi qərar verməlidir ki, bundan sonra necə yaşayacaqlar”.
Lavrov Azərbaycanın konspetual mövqeyini müdafiə edərək Dağlıq Qarabağda həm azərbaycanlı, həm də erməni əhalinin birgə yaşamqlı olduğununa vurğu edir.
Nəzərə alsaq ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçiriləcək, həmsədr ölkənin xarici siyasət idarəsi rəhbərinin bu açıqlaması danışıqlar prosesinə yeni çalarlar qatır. Buna qədər ermənilər Dağlıq Qarabağın əhalisi kimi erməni icmasını tandırdılar. Onu da nəzərə alaq ki, həmsədr ölkələrin fikirləri bir qayda olaraq razılaşdırılır. Burdan o nəticə çıxır ki, Lavrovun bəyanatı Minsk Qrupu Həmsədrlərinin ortaq mövqeyidir.
Telegram kanalımız