Noyabrın 21-də Yasamal rayonunda baş verən yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova hələ də anasını itirdiyindən xəbərsizdir.
Bunu “Yeni Sabah”a açıqlamasında onun yaxınları bildirib.
Komadan ayılan Ləman baş verən yanğın hadisəsini xatırlayır, bu səbəbdən xəstəxanaya yerləşdirildiyini bilir. Marqarita pizza
“Komadan ayılıb, huşu aydındır, hər şeyi xatırlayır. Amma anasının vəfatından xəbəri yoxdur. Ləmana anasının yanğında xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi deyilib. O, elə bilir ki, anası sağdır. Ləmanın vəziyyəti tam normallaşandan sonra anası ilə bağlı xəbəri ona deməyi nəzərdə tutmuşuq. Ona görə də indi telefondan da uzaq tutmağa çalışırıq”, - yaxınları bildirib.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib. Ölənlərdən biri Ləman Qulamovanın anası - Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
Yanğında ciddi xəsarət alan Ləman Qulamova komaya düşmüşdü. O, bu gün komadan çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız