Lənkəran: 22 saxlanılma, 4 kq-dan çox narkotik

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran: 22 saxlanılma, 4 kq-dan çox narkotik

Kriminal

24 Sentyabr 2022 11:17 1043


Lənkəranda narkotiklərin dövriyyəsinə qarşı əməliyyatlarda 22 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini əvvəllər məhkum olunmuş Fizuli Kazımov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, son bir həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. pizza sifarişi

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!