Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Hüseyn Rəşad oğlu Kazımova müalicə məqsədilə iynə (“prob” - Red) vurulub. Pepperoni pizza
Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız