Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürdü

Hadisə

14 İyul 2023 23:20 1174


Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub. Sezar pizza

Bu zaman onu cərəyan vurub və hadisə yerində ölüb. Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edirlər. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!