Lənkəranda DƏHŞƏT: 34 yaşlı qadın...

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda DƏHŞƏT: 34 yaşlı qadın...

Kriminal

24 Avqust 2025 10:36 493


Lənkəranda gənc qadın qətlə yetirilib. Hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. pizza mizza

Qadını qətlə yetirməkdə şübhəli bilinən əri - 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub. Hadisənin başvermə səbəbləri araşdırılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!