Lənkəranda yol polisinin saxladığı avtomobildən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. Sürücü, Bakı şəhər sakini Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyən olunub Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb. Sezar pizza
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Telegram kanalımız