Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Hadisə

13 Fevral 2022 19:45 705


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Bakı şəhər sakini M.Məcidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən M.Məcidovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Marqarita pizza

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!