Lənkəranda quşların kütləvi tələfatı müşahidə olunur

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda quşların kütləvi tələfatı müşahidə olunur

Sosial

22 Mart 2026 10:56 380


Azərbaycanın cənubunda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.

"Yeni Sabah" xəbər verir ki, bu, əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb.

Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar. Dominos pizza

Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.

Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!