Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda yol hərəkəti qaydalarını pozan qazilər saxlanıldı - Foto

Hadisə

17 İyun 2023 22:15 846


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozduqları, digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları aşkarlanıb:

“Sözügedən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Həmin şəxslərdən bir neçəsinin daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunduğu müəyən edilib. Nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin Vətən Müharibəsi iştirakçıları, qazilər olması isə təəssüf doğuran haldır.”-deyə məlumatda qeyd olunub. Toyuqlu pizza

Qeyd edək ki, saxlanılan sürücülərə eyni əmələ görə dəfələrlə xəbərdarlıq edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!