Lerikdə baş verən bədbəxt hadisənin səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə baş verən bədbəxt hadisənin səbəbi bilindi

Hadisə

23 Aprel 2023 18:23 1123


Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və o, hovuza yıxılıb. Nasosun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatını itirib. Dördpendirli pizza

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!