Lerikdə itkin düşən şəxsin meyiti tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə itkin düşən şəxsin meyiti tapılıb

Kriminal

21 May 2019 09:10 1326


Lerik rayonunda itkin düşən şəxsin meyitinin yanında külli miqdarda narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə  müraciət daxil olub.

Müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Mayın 19-da A. İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb. pizza

Faktla bağlı araşdırma gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!