Lerikdə turla istirahətə gedən şəxs dərəyə düşərək öldü 

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə turla istirahətə gedən şəxs dərəyə düşərək öldü 

Hadisə

26 İyun 2023 16:02 853


Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb. 

Yenisabah.az xəbər verir ki, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. Lerikdə F.Hacıyev turdan (qrupdan) bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyit dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.  Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!