Ləzzətli yeməkdən sonra bunu etmək...

saytların hazırlanması

Evə çatdırılma

Ləzzətli yeməkdən sonra bunu etmək...

Maraqlı

14 May 2024 14:20 1353


Bir çox insanlar ləzzətli yeməkdən sonra belə sırf zövq üçün qəlyanaltı yeyir. Bu ekspertlərin "hedonik aclıq" kimi təyin etdiyi yemək vərdişidir. 

Yenisabah.az xəbər verir ki, elm adamları bu vəziyyəti "aclıq motivasiyası ilə deyil, zövq üçün yemək istehlak etmək istəyi" ilə izah edirlər. Yəni  “Hedonik aclıq” bioloji aclıq deyil, yeməkləri sırf kef üçün istehlak etmək istəyidir. Bu yemək vərdişi öz adını yunan sözündən götürüb, mənası "zövq" deməkdir. Hedon həm də yunan mifologiyasında həzz ilahəsidir. 

Bədənimiz pəhrizimizdən aldığımız enerji və ya istehlak etdiyimiz qida və içkilərdən aldığımız kalorilərlə işləyir. Aldığımızdan daha çox kalori yandırdığımız zaman bədənimiz iştahımızı artıraraq cavab verir. Bunun səbəbi, mədəmizin boş olduğu zaman beynimizə ac olduğumuzu bildirdiyi hormonal sistemdir. Bu vəziyyət "fiziki aclıq" kimi tanınır. pizza sifarişi

İngiltərədəki Lids Universitetində iştaha və enerji balansı professoru Ceyms Stubbs deyir: "Demək olar ki, hər kəsin hedonik yemək vərdişləri var və hər kəs zövqlə motivasiya olunan məqsədyönlü davranışa malikdir. Bəzi insanlar üçün yemək başqalarına nisbətən daha böyük zövqdür. Yemək vərdişlərimiz çox vaxt emosiyalar, stress və narahatçılıqdan qaçınmaq kimi amillərlə də  formalaşır". 

Mütəxəssislərin fikrincə, nəzəri olaraq zövq üçün yeməklə bağlı problem yoxdur. Çünki mükafat hissini aktivləşdirir. Bununla belə, həddindən artıq yemək, asılılıq və piylənmə həyəcan təbili çalır. 

Mütəxəssislər doğru qidalanmanın hedonik aclığa əsaslanan həddindən artıq yeməkdən qaçınmaq üçün bir yol ola biləcəyini bildiriblər:

"Biz insanların hedonik qidalardan istifadə etmələrini dayandırmaq istəmirik. Biz bu həzzi sağlam qidalanmaya yönləndirmək istəyirik."

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!