Liderlərin Moskvada görüşməsi ehtimalı var

saytların hazırlanması

Evə çatdırılma

Liderlərin Moskvada görüşməsi ehtimalı var

Siyasət

07 Oktyabr 2024 16:18 400


Rusiya prezidenti Vladimir Putin Bazar ertəsi MDB ölkələrinin başçıları ilə qeyri-rəsmi danışıq aparacaq.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “Prezident axşam saatlarında MDB Dövlət Başçıları Şurasının sabah keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gələcək MDB ölkələrinin dövlət və hökumət başçıları ilə qeyri-rəsmi ünsiyyətdə olacaq”. Pepperoni pizza

Bundan əlavə, Bazar ertəsi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov xüsusi brifinq keçirəcək və Şurada müzakirəsi planlaşdırılan bütün prioritetlər və məsələlər barədə danışacaq.

Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşməsi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!