Azərbaycanda müəllim vəfat edib.
Yenisabah.az xəbər verir ki, 200 saylı Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi, 1961-ci il təvəllüdlü Gülbəniz Poladova bu gün dünyasını dəyişib.
Qeyd edək ki, uzun illər təhsil sahəsində çalışan G.Poladova 1961-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Dördpendirli pizza
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1986-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. Uzun müddət Gültəkin Hacıyeva adına 200 saylı Bağça-Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.
Gülbəniz Poladova pedaqoji fəaliyyəti dövründə dəfələrlə ilin müəllimi elan edilib.

/Oxu.az
Telegram kanalımız