Livanda dərslər təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Livanda dərslər təxirə salındı

Dünya

06 Oktyabr 2024 17:26 625


İsrailin davam edən təcavüzü ilə əlaqədar Livanda məktəblər və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə kimi təxirə salınıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın təhsil naziri Abbas Hələbi məlumat verib.

“Nazirlik 1,3 milyon şagirdi, eləcə də müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz, buna görə də dərs ilinin başlanması 4 noyabra kimi təxirə salınıb”, - nazir bildirib. pizza

Onun sözlərinə görə, əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!