İngiltərə Premyer Liqasının XXI turunda “Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib.
Yenisabah.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunda komandalar 1 xala razılaşıblar – 0:0.
Cari mövsüm liderlərdən xeyli geri qalan Yurgen Kloppun yetirmələri hazırda 29-cu xalını toplayaraq turnir cədvəlində 8-ci pilləyə yüksəliblər. pizza sifarişi
London klubu isə “qırmızılar”la eyni xala sahibdir və 10-cu pillədə yer alıb.
Qeyd edək ki, “Çelsi” ilə oyun Mersisayd klubunun almaniyalı çalışdırıcısı üçün baş məşqçi olaraq peşəkar karyerasında 1 000-ci oyunu olub.
Telegram kanalımız