“Liverpul“ üçün 4,9 milyard avroluq təklif

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul“ üçün 4,9 milyard avroluq təklif

İdman

09 Noyabr 2022 12:05 1152


"Dubai International Capital" fondu "Liverpul"u satın almaq istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Şirkət klub üçün təxminən 4,9 milyard avro təklif edir. Xəbərdə o da bildirilir ki, sözügedən ərəb şirkəti 2007-ci ildə artıq "Liverpul"u almağa çalışıb. Lakin onların 300 milyon avrodan bir qədər artıq məbləğdə təklifləri rədd edilib.

Xatırladaq ki, daha əvvəl “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu satmağa hazır olduğu məbləği açıqlamışdı. Amerikalı iş adamı 4,6 milyard avroya klubla yollrı ayırmağa hazırdır. Con Henri 2010-cu ildə "Liverpul"u alıb. Onun dövründə klub Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2020), UEFA Super Kubokunun (2019), İngiltərə Kubokunun (2022) qalibi olub.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!