“Liverpul“un baş məşqçisi: “Gələn il də final oynayacağıq“

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul“un baş məşqçisi: “Gələn il də final oynayacağıq“

İdman

29 May 2022 12:01 960


Yurgen Klopp baş məşqçisi olduğu "Liverpul"un növbəti mövsüm də Çempionlar Liqasının finalında oynayacağına əmindir.

Yenisabah.az xəbər verir ki, bu barədə mütəxəssis "BBC Sport"a açıqlamasında deyib: “Yenidən Çempionlar Liqasının finalında oynayacağımıza dair güclü hisslərim var. Futbolçular həqiqətən rəqabət aparırlar, əla komandadırlar və növbəti mövsümdə də belə olacaq. Növbəti mövsüm Çempionlar Liqasının finalı haradadır? İstanbulda? Otel bron edin”.

Qeyd edək ki, "Liverpul" dünən ÇL-in finalında "Real"a 0:1 hesabı ilə uduzub. Sezar pizza

Əlavə edək ki, ÇL-də 2022/2023 mövsümünün finalı Türkiyənin İstanbul şəhərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!