“Liverpul“un baş məşqçisi: “İnanılmaz səhvlər etdik“

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul“un baş məşqçisi: “İnanılmaz səhvlər etdik“

İdman

29 May 2022 09:27 1030


"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"a uduzduqları matç (0:1) barədə fikirlərini bölüşüb.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyundan sonra açıqlamasında deyib: 

“Oyundan sonra baxdım ki, topa sahibolmada bərabər idik. Amma biz qapıya daha çox zərbə vurduq. "Real"ı sevən hər kəsi təbrik edirəm. Biz qol vurmalıydıq və vurmadıq. Bu, futbolda ən yaxşı izahatdır. Amma çətindir. Rəqibin qapıçısı Kurtua matçın futbolçusudur. Üç dəfə 100 faizlik qol şansımız oldu, amma Kurtua inanılmaz seyvlər etdi. İlk hissədə gözəl anlar yaşadıq. Çox yaxşı işlər gördük, amma bu, kifayət etmədi. Biz bu nəticəni qəbul edirik". Pepperoni pizza

Qeyd edək ki, bu, "Real"ın Çempionlar Liqasında 14-cü qələbəsidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!