“Lotu Quli üçün ölümə hazıram” – Eynulla Fətullayev

saytların hazırlanması

Evə çatdırılma

“Lotu Quli üçün ölümə hazıram” – Eynulla Fətullayev

Kriminal

11 May 2022 07:43 742


Haqqın.az saytının rəhbəri, Əməkdar jurnalist Eynulla Fətullayev “oğru dünyası”nın məşhur ismi Lotu Quli ləqəbli Nadir Səlifovla dostluğu barədə yeni paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o dostu üçün ölümə hazır olduğunu bildirib:

“Bir neçə dəqiqə öncə dostum Aslan İsmayılov mənə zəng etdi və mərhum dostum Quli ilə bağlı məşhur paylaşımın bəzi dairələr tərəfindən cinayətkaralğın müdafiəsi və təbliği kimi yozulduğunu bildirdi. pizza mizza

Mənim üçün bir həqiqət var: dostumun yolunda ölümə də hazıram! Və bu göyə atılmış söz deyil, bilənlər bilir. Quli mənim ürəyim və dostum olub. Dostluq andı vermişik və sona qədər andıma sadiq qalacam. Hər bir dostum haqqında, xüsusilə haqq dünyasında olan!!!, təhqir işlədən dili yerindən qopardaram! Vəssalam!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!