Lukaşenko dünya mühribəsi riskindən söz açdı: “Qalib olmayacaq” 

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko dünya mühribəsi riskindən söz açdı: “Qalib olmayacaq” 

Dünya

09 Avqust 2021 16:29 1146


“Dünya müharibəsi riski var”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, Qərbi danışıqlar masasına əyləşməyə çağırıb, əks halda, fikrincə, dünya müharibəsi təhlükəsi olacaq. pizza hut

Dövlət başçısı Böyük Britaniyanın Belarus əleyhinə sanksiyalar tətbiq etməsinə toxunaraq bildirib: "Sakitləşməliyik, düşünməliyik ki, bu vəziyyətdən necə çıxa bilərik. Üçüncü dünya müharibəsinə səbəb olacaqsız. Niyə bizi ruslarla birlikdə buna məcbur edirsiz? Bu müharibədə qalib gəlmək istəyirsiz? Qalib olmayacaq. Qalib olacaqsa da, bu siz olmayacaqsız. Sakitləşin. Bütün bunlara səbirlə dözərək danışıqlar masası arxasında əyləşək və bu vəziyyətdən necə çıxacağımız barədə danışmağa başlayaq. Çünki başqa yol yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!