Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

Dünya

21 İyul 2021 19:45 1427


Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Yenisabah.az xəbər verir ki, bunu “Sky News Arabia”ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq. Dominos pizza

Prezident əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, “ağılsız siyasətçiləri” nəzərdə tutur və günahı onlarda görür.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!