Lukaşenko koronavirusa qarşı peyvənd olunmaq istəmir

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko koronavirusa qarşı peyvənd olunmaq istəmir

Dünya

17 Aprel 2021 17:40 756


Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus infeksiyasına qarşı peyvənd olunmaqdan imtina edib.

Yenisabah.az “BELTA”ya istinadla xəbər verir ki, Mogilev bölgəsində keçirilən respublika iməcliyində iştirak edərkən Lukaşenko özü bu barədə açıqlama verib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, prezident əvvəllər də qripə qarşı peyvənd olunmayıb. Dominos pizza

Dövlət başçısı Belarusda koronavirusa yoluxma halları ilə bağlı mövcud vəziyyətə də münasibət bildirib. Onun sözlərinə görə, duruma nəzarət olunur və yoluxma halları gözlənilən səviyyədən aşağıdır.

Belarus lideri bildirib ki, ölkədə insanları bir müddət Covid-19-dan qorumaq üçün kifayət qədər miqdarda peyvənd istehsalına başlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!